Gürcüstanda əsgər H1N1 virusundan ölüb

Gürcüstanda əsgər H1N1 virusundan ölüb
# 04 fevral 2016 16:46 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Qoridə hərbi hospitalda müalicə alan əsgər H1N1 virusundan ölüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, ölən əsgərin 38 yaşı olub.

Həmin şəxs bir neçə gün hərbi hospitalda qripdən müalicə olunub. Onun 4 yaşlı övladı qalıb. Hazırda Qori hospitalında 12 əsgər müalicə olunur, onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, indiyədək Gürcüstanda H1N1 virusundan 9 nəfər dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR