İtaliyada Belçikadakı terror aktları ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb

İtaliyada Belçikadakı terror aktları ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb
# 27 mart 2016 01:17 (UTC +04:00)

Bakı-APA. İtaliyada polis Belçikadakı terror aktları ilə əlaqəli olmaqda şübhəli bilinən Əlcəzair vətəndaşı saxlanılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “La Stampa” nəşri məlumat yayıb.

Məlumata görə, Camaləddin Uali Belçika tərəfinin sorğusu əsasında saxlanılıb. O, Brüssel və Parisdə terror aktlarını törədən terrorçuların istifadə etdikləri saxta sənədləri hazırlamaqda şübhəli bilinir.

Qeyd edək ki, Belçikadakı terror aktları ilə əlaqədar cinayət işi çərçivəsində saxlanılan iki şəxsə ittiham irəli sürülüb.

Martın 22-də Brüsseldə törədilən silsilə terror aktları nəticəsində 33 nəfər ölüb, 316 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR