Vergi Nazirliyinin Çağrı Mərkəzinə texniki dəstək göstərəcək şirkətin adı açıqlanıb

Vergi Nazirliyinin Çağrı Mərkəzinə texniki dəstək göstərəcək şirkətin adı açıqlanıb
# 11 noyabr 2015 10:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergi ödəyiciləri olan mobil operatorların abonentlərinə SMS yolu ilə qısa mesajların göndərilməsi ilə bağlı tenderin qalibi açıqlanıb.

Satınalmalar üzrə Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən tenderdə qalib gələn “Cybernet” MMC-yə bu xidmətləri göstərmək üçün 21 122 manat ödəniləcək.

Bundan başqa, sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzinin) texniki avadanlıq və proqram təminatlarına texniki dəstəyin göstərilməsi xidmətini də “Cybernet” MMC həyata keçirəcək. Bunun üçün şirkətlə dəyəri 104 472,48 manat olan müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR