Moskvada “Heydər Əliyev Kuboku” uğrunda mini-futbol turniri başa çatıb

Moskvada “Heydər Əliyev Kuboku” uğrunda mini-futbol turniri başa çatıb
# 23 may 2016 09:19 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Heydər Əliyev Kuboku" uğrunda mini-futbol turniri başa çatıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, turnirin final mərhələsi Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin İdman Kompleksində keçirilib.

Turnirin qalibi AMOR-un Tula vilayəti üzrə regional bölməsinin komandası olub. İkinci yeri Ümumrusiya Dövlət Ədliyyə Universitetinin komandası, üçüncü yerləri isə AMOR-un Kaluqa vilayət üzrə regional bölməsi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin komandaları tutublar.

Sonda birinci yerin sahibinə "Heydər Əliyev kuboku" və qızıl medallar təqdim olunub. Digər yerlərin qaliblərinə müvafiq olaraq gümüş və bürünc medallar və AMOR rəhbəri adından hədiyyələr təqdim edilib.

Qeyd edək ki, turnir 2009-cu ildən etibarən hər il Heydər Əliyevin doğum günü ərəfəsində təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR