Azərbaycanla İran arasında bir neçə sənəd təsdiqlənib

Azərbaycanla İran arasında bir neçə sənəd təsdiqlənib
# 20 may 2016 21:55 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiq edib.

APA-nın məlumatına görə, dövlət başçısı həmçinin "Azərbaycan Dəmir Yolları" QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi barədə Müqaviləni təsdiq edib.

Bundan başqa, prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehranda imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

Bundan əlavə dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR