Küveyt 2020-ci ilədək neft sektoruna 115 mlrd. dollar yatıracaq

Küveyt 2020-ci ilədək neft sektoruna 115 mlrd. dollar yatıracaq
# 30 may 2016 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Küveyt 2020-ci ilədək neft sektorunun inkişafına 115 mlrd. dollar yatıracaq.

"APA-Economics" xəbər verir ki, bu barədə neft naziri vəzifəsini müvəqqəti icra edən Vəfa əz-Zaabi deyib.

Onun sözlərinə görə, yalnız 99 mlrd. dollar ölkə daxilindəki layihələrə yönələcək.

"İnvestisiyaların 63%-i geoloji kəşfiyyat işlərinə, qalan 37% isə neft emalı və neft-kimya sənayesinə yatırılacaq", - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR