Rusiya ilin sonunadək “S-300” komplekslərinin İrana tədarükünü başa çatdırmaq niyyətindədir

Rusiya ilin sonunadək “S-300” komplekslərinin İrana tədarükünü başa çatdırmaq niyyətindədir
# 19 iyul 2016 21:49 (UTC +04:00)

Bakı-APA. Rusiya cari ilin sonunadək “S-300” zenit-raket komplekslərinin ikinci partiyasının İrana tədarükünü yekunlaşdırmaq niyyətindədir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

Onun sözlərinə görə, “S-300” komplekslərinin İrana tədarükü plana uyğun həyata keçirilir.

Qeyd edək ki, “S-300” zenit-raket komplekslərinin birinci partiyasının İrana tədarükünə bu ilin aprelindən etibarən başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR