Bakı – APA. Misirdə baş vermiş qəzada ölənlərin cəsədlərini və qalıqlarını daşıyan ilk təyyarə Qahirədən Sankt-Peterburqa yola düşüb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN-nin mətbuat xidmətindən bildiriblər.
“Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə artıq Qahirədən Sankt-Peterburqa yola düşüb. Cəsədlərin tanınması proseduru burada həyata keçiriləcək. Daha bir təyyarə isə noyabrın 2-si, axşam saatlarında ölənlərin cəsədlərini Sankt-Peterburqa gətirəcək”, deyə FHN nümayəndəsi qeyd edib.
Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.