Xaricdə təhsil təklif edən şirkətlərin fəaliyyəti tənzimlənəcək

Xaricdə təhsil təklif edən şirkətlərin fəaliyyəti tənzimlənəcək
# 19 yanvar 2016 10:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Xaricdə təhsil təklif edən şirkətlərin fəaliyyəti tənzimlənəcək.

APA-nın xəbərinə görə, artıq bununla bağlı Nazirlər Kabinetinə sənədlər paketi təqdim olunub. Sənədlər paketində xaricdə təhsil təklif edən şirkətlərin fəaliyyətinin tənzimlənməsi qaydaları əks olunub.

Qeyd edək ki, ötən il Təhsil Nazirliyi xaricdə təhsil təklif edən şirkətlər barədə açıqlama yayıb. Açıqlamada bildirilib ki, Təhsil Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR