İŞİD “Cihadi Con”un Suriyada hava zərbəsi nəticəsində öldüyünü təsdiqləyib

İŞİD “Cihadi Con”un Suriyada hava zərbəsi nəticəsində öldüyünü təsdiqləyib
# 19 yanvar 2016 22:14 (UTC +04:00)

Bakı-APA. İŞİD qruplaşmanın cəlladı “Cihadi Con”un öldüyünü təsdiqləyib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, qruplaşma terrorçunun Suriyada hava zərbəsi nəticəsində öldüyünü bildirib.

Pentaqon onun öldürüldüyünü ötən ilin noyabrında açıqlamışdı.

Qeyd edək ki, Vestminster Universitetinin məzunu olan 1988-ci il təvəllüdlü britaniyalı “Cihadi Con”un əsl adı Məhəmməd Emvazidir.

O, ilk dəfə 2014-cü ildə amerikalı jurnalist Ceyms Foulini edam etdikdən sonra məşhurlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR