Misirdə sərnişin qatarı qəzaya uğrayıb, 150 nəfər xəsarət alıb

Misirdə sərnişin qatarı qəzaya uğrayıb, 150 nəfər xəsarət alıb
# 11 fevral 2016 02:55 (UTC +04:00)

Bakı-APA. Misirdə sərnişin qatarının qəzaya uğraması nəticəsində 150 nəfər xəsarət alıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Asuan şəhərindən paytaxt Qahirəyə yollanan qatarın iki vaqonu relsdən çıxıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış vaqonlardan sərnişinləri çıxarır.

Qəzanın təfsilatları barədə hələ ki, məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR