Somalidə dövlət radiosunun əməkdaşı öldürülüb

Somalidə dövlət radiosunun əməkdaşı öldürülüb
# 05 iyun 2016 22:18 (UTC +04:00)

Bakı-APA. Somalinin paytaxtı Moqadişo şəhərində dövlət radiosunun əməkdaşı Saqal Osman öldürülüb.

APA-nın "AP" agentliyinə istinadən verdiyi məlumata görə, qadın jurnalist şəhərin Hodon adlı bölgəsində yerləşən universitetin yaxınlığında güllələnib.

Cinayətkarlar hadisə yerindən qaçıb. Saqal Osman dövlət radiosunda prodüser və aparıcı vəzifələrində çalışırmış. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR