Səudiyyə Ərəbistanı həcc zəvvarlarından pul alması və onu hacıların ehtiyacları üçün istifadə etməməsi barədə gedən məlumatlara münasibət bildirib

Səudiyyə Ərəbistanı həcc zəvvarlarından pul alması və onu hacıların ehtiyacları üçün istifadə etməməsi barədə gedən məlumatlara münasibət bildirib
# 09 oktyabr 2015 07:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Səudiyyə Ərəbistanı Krallığı son zamanlar bəzi kütləvi informasiya vasitələrində hökumətinin həcc zəvvarlarından pul aldığı və onu hacıların ehtiyacları üçün istifadə etmədiyi barədə gedən məlumatlara münasibət bildirib. Səudiyyə ərəbistanın Azərbaycandakı Səfirliyindən APA-ya verilən məlumata görə, Krallıq hökuməti zəvvarlardan heç bir məbləğ və rüsum tutmur: “Həcc ziyarətini yerinə yetirmək istəyən zəvvarın ödədiyi pul, ona Səudiyyə hökumətinə aidiyyəti olmayan özəl sektor tərəfindən göstərilən əsas xidmətlərin (Mina və Ərafatda qalmaq, yeyib-içmək və nəqliyyat) haqqından ibarətdir. Səfirlik bir daha nəzərə çatdırır ki, həcc və ümrə vizaları pulsuz olaraq verilir və bu cür vizalara görə Səudiyyə hökuməti hər hansı bir rüsum almır. Bundan əlavə Krallığın hökumət qurumları da göstərdiyi xidmətlərə görə həcc və ümrə zəvvarlarından heç bir haqq almır.

Nəzərə alınmalıdır ki, Allah qonaqlarının rahatlıq və arxayınlığını ən yüksək səviyyədə təmin etmək məqsədi ilə, Krallıq İki Müqəddəs Məscidin və müqəddəs yerlərin yenidən qurulması və genişləndirilməsi, eləcə də Məkkətül-mükərrəmə və Mədinətül-münəvvərəini inkişafına hər il bəzi dövlətlərin dövlət büdcəsinə bərabər olan milyardlarla dollar miqdarında vəsait xərcləyir”.

Səfirlik bildirib ki, yuxarıda qeyd edilən xidmətlərin göstərilməsində baş verən hər hansı bir qüsur özəl sektordan olan həcc təşkilatçılarına aiddir. Göstərilən xidmətin səviyyəsi isə Azərbaycan Respublikasında həcci təşkil edən qurumla Krallıqda bu xidmətləri göstərən özəl qurum arasındakı razılaşmadan asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR