Donbasda keçirilən əməliyyatlar zamanı 2 minə yaxın ukraynalı hərbçi həlak olub

Donbasda keçirilən əməliyyatlar zamanı 2 minə yaxın ukraynalı hərbçi həlak olub
# 21 sentyabr 2015 14:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna Müdafiə Nazirliyi Donbasda keçirilən antiterror əməliyyatı zamanı 2 minə yaxın hərbçinin həlak olduğunu açıqlayıb.

APA-nın “İnterfaks-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin baş qərargahının nümayəndəsi İqor Voronçenko bildirib ki, antiterror əməliyyatları və Krım hadisələri zamanı 1915 nəfər ukraynalı hərbçi həlak olub.

Onun sözlərinə görə, onlardan 1757 nəfər döyüşlər zamanı ölüb.

İ. Voronçenko qeyd edib ki, müvəqqəti, döyüş zamanı xəstəxanaya yerləşdirməyə görə sanitar itkilər 7053 nəfər təşkil edib, onlardan isə 5747-i birbaşa əməliyyatlarda iştirak edənlərdir: “271 nəfər itkin düşmüş hesab olunur, 76 nəfər isə əsir düşüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR