İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb

İndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb
# 17 fevral 2016 13:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İndoneziyanın Qacah Mada Universitetinin Mədəniyyətşünaslıq fakültəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, fənni Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyev tədris edir.

Azərbaycanlı mütəxəssis Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə bakalavriat səviyyəsində təhsil alan 20-dən artıq tələbəni bir semestr ərzində Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi uğur və nailiyyətlərlə tanış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR