Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub

Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub
# 08 mart 2016 10:27 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.

APA-nın xəbərinə görə, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Qətərin nəqliyyat naziri Cassem bin Saif Al Sulaiti imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu isə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla qətərli həmkarı Cassem bin Saif Al Sulaiti imzalayıb.

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın maliyyə naziri Samir Şərifovla Qətərin maliyyə naziri Əli Şərif Al Emadi imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu da Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Qətərin maliyyə naziri Əli Şərif Al Emadi imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhsil, ali təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem Al Əli imzalayıblar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşlar üçün viza tələblərinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”u, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında Saziş”i hər iki ölkənin xarici işlər nazirləri imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR