ABŞ-da məktəbdə atışma olub, ölən və yaralanan var

ABŞ-da məktəbdə atışma olub, ölən və yaralanan var
# 06 may 2016 04:12 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Merilənd ştatında orta məktəbdə atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində atəş açan şəxs öldürülüb, daha bir nəfər isə yaralanıb.

İnsident Beltsvill şəhərində “High Point” məktəbində baş verib.

Polisin məlumatına görə, atışma məişət zəminində baş verib. Atəş açanın yetkin şəxs olduğu bildirilir. Atışma zamanı məktəblilərdən xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR