Gənc Tamaşaçılar Teatrı “Mauqlinin Yeni ili” tamaşasını təqdim edəcək

Gənc Tamaşaçılar Teatrı “Mauqlinin Yeni ili” tamaşasını təqdim edəcək
# 30 noyabr 2015 14:17 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il tamaşasının məşqlərinə başlanılıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənc yazar Pərvin Nurəliyevanın “Mauqli” pyesi əsasında “Mauqlinin Yeni ili” tamaşası azyaşlı izləyicilərə təqdim ediləcək.

Balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Şəlalə Quliyevadır.

Yeni il tamaşasında əsas obrazları Zaur Əliyev, Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev, Vahid Orucoğlu, Elnur Əliyev, Anar Seyfullayev, Elşən Şıxəliyev, Rəşad Səfərov, Müşfiq Əliyev, Anar Səfiyev, Bəhram Həsənov ifa edəcəklər.

Yeni tamaşa dekabrın 25-dən, 2016-cı ilin yanvarın 4-dək nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR