Rüfət Səfərovun həbsi barədə qərardan apellyasiya şikayəti verilib

Rüfət Səfərovun həbsi barədə qərardan apellyasiya şikayəti verilib
# 18 yanvar 2016 09:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, onun barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarından apellyasiya şikayəti verilib. Şikayətə yaxın günlərdə baxılacaq. B. Bayramov bu gün müdafiə etdiyi şəxslə görüşəcəyini də bildirib.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR