Azərbaycanda spirtli içkilərlə bağlı hüquqpozma halının qarşısı alınıb

Azərbaycanda spirtli içkilərlə bağlı hüquqpozma halının qarşısı alınıb
# 09 oktyabr 2015 15:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan gömrük xidməti orqanının əməkdaşları spirtli içkilərlə bağlı hüquqpozma halının qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları, üzərində Azərbaycanın aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilərin realizə olunmasının qarşısını alıblar.

Əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini Zərgərov Sərhad Bəndalı oğlu saxlanılıb, onun idarə etdiyi “VAZ-21074” markalı, 20-BN-960 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonundan və yük yerindən Azərbaycanın aksiz markası ilə markalanmamış 110 ədəd “Vodka TALKA” adlı 0,7 litrlik spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR