"Anglo Asian Mining" yerli banklara borcunu açıqlayıb

"Anglo Asian Mining" yerli banklara borcunu açıqlayıb
# 13 oktyabr 2016 09:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda yerləşən qızıl və gümüş yataqlarda hasilatla məşğul olan "Anglo Asian Mining" şirkəti banklara olan borcunun həcmini açıqlayıb.

"APA-Economics"in məlumatına görə, bu ilin sentyabrın 30-na şirkətin kredit faizləri, maliyyə vəsaitləri və onların ekvivalentlərinə görə borc öhdəlikləri 37,7 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin dekabrın 31-i ilə müqayisədə, 11,3 mln. dollar azdır.

Ümumilikdə, şirkətin "Amsterdam Trade Bank"a 19,7 mln. dollar, Azərbaycan Beynəlxalq Bankına 8,2 mln. dollar, "Atlas Copco"ya 1 mln. dollar, "YapiKredi Bank"a 0,9 mln. dollar, "PAŞA Bank"a 4,2 mln. dollar həcmində kredit borcu var.

Maraqlıdır ki, “Anglo Asian Mining”in şirkətin prezidenti Reza Vəziriyə 3,9 mln. dollar borcu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR