Azərbaycanda suda boğulan şəxsin meyiti tapılıb, batmaq təhlükəsi ilə üzləşən 3 nəfər isə xilas edilib

Azərbaycanda suda boğulan şəxsin meyiti tapılıb, batmaq təhlükəsi ilə üzləşən 3 nəfər isə xilas edilib
# 13 avqust 2015 15:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda suda boğulan şəxsin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, İmişli rayon Mürsəlli kəndində süni göldə (sularda xilasetmə məntəqəsindən, təxminən, 148 km aralı, nəzarət olunmayan ərazidə) batmış 1972-ci il təvəllüdlü Cəfərov Əsəd Allahverdi oğlunun axtarışları başa çatıb. Ə.Cəfərovun cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 5 m aralıda tapılaraq sudan çıxarılıb.

Bundan başqa Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər, Qaradağ rayonunda dənizdə (“Qaradağ-1” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR