Batumidə "Əli və Nino" heykəlinin bərpadan sonra açılışı olub

Batumidə "Əli və Nino" heykəlinin bərpadan sonra açılışı olub
# 11 sentyabr 2015 22:28 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, heykəl köhnə yerindən 50 metr aralıda quraşdırılıb.

Açılış mərasimində heykəlin müəllifi heykəltəraş Tamar Kvesitadze və digər rəsmilər iştirak edib. Heykəltəraş jurnalistlərə açıqlamasında bildirib ki, "Əli və Nino" heykəlinin köçürülməsi üçün büdcədən 185 550 lari vəsait ayrılıb.

Məlumata görə, heykəli "Arnabi 21" şirkəti yenidən bərpa edərək quraşdırıb.

Xatırladaq ki, bu ilin avqustun 26-da Batumidə dənizdə baş verən güclü qasırğa və leysan yağışları zamanı heykəlin güclü küləkdən uçması təhlükəsi nəzərə alınaraq "Əli və Nino" heykəli başqa yerə köçürülüb. Qeyd edək ki, heykəl köçürülmə zamanı zədələnmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR