Göyçay sakini narkotikə görə tutulub

Göyçay sakini narkotikə görə tutulub
# 08 sentyabr 2015 08:40 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay sakini narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılmasına görə tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhərinin Əli Kərim küçəsindəki 3 saylı mənzildə yaşayan 1986-cı il təvəllüdlü Allahverdiyev Nurlan Şahin Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən çəkisi 5.92 qram olan qurudulmuş marixuana götürülüb.

Nurlan Allahverdiyev tutularaq Göyçay RPŞ-nın istintaq bölməsinə təhvil verilib və barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR