İstanbulda Füzulidə ermənilərin öldürdüyü 2 yaşlı Zəhra ilə bağlı aksiya keçirilib

İstanbulda Füzulidə ermənilərin öldürdüyü 2 yaşlı Zəhra ilə bağlı aksiya keçirilib
# 08 iyul 2017 16:42 (UTC +04:00)

Türkiyədə İstanbul Türkiyə Azərbaycan Dayanışma (İSTAD) və Kültür Dərnəyi üzvləri Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar Zeynəbiyə məscidinin qarşısında toplaşaraq Yəhya Kamal Mərkəzinə doğru yürüş ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayiş iştirakçıları səsləndirdikləri şüarlarda Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinə etirazlarını bildiriblər.

İSTAD sədri Səfər Qaraqoyunlu Ermənistanı və bu qaragüruha dəstək olanları şiddətlə qınaqdığını bildirib. O qeyd edib ki, daha böyük faciələrin yaşanmaması üçün Ermənistana qarşı beynəlxalq birlik tərəfindən sanksiyalar tətbiq olunmalıdır. “Türkiyə hər zaman Azərbaycanın yanındadır. Ermənistan bölgədə sülh və sabitliyin bərqərar olmasını istəyirsə öz ordusunu qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmalıdır”-deyə o bildirib. Yürüşü Türkiyənin bir sıra kütləvi informasiya vasitələri işıqlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR