"Sinemanın kral və kraliçası”: 2-ci Sinema Güzeli yarışması” üçün səsvermə başlayıb

"Sinemanın kral və kraliçası”: 2-ci Sinema Güzeli yarışması” üçün səsvermə başlayıb
# 31 mart 2018 11:38 (UTC +04:00)

Türkiyənin məşhur “Sinemanın kral və kraliçası”: 2-ci Sinema Güzeli yarışması”nın Azərbaycan seçiminin qalibləri İstanbula yola düşüb. APA-nın məlumatına görə, “Sinemanın kral və kraliçası”: 2-ci Sinema Güzeli yarışması”nın İstanbulda keçiriləcək final gecəsinə sayılı günlər qalıb. Atilla Kaplakarsalanın rəhbərlik etdiyi layihənin Azərbaycan seçiminin qalibləri artıq İstanbuldadır. Yanvarın 21-də Bakıda keçirilən seçimlərdə qalib gələn Pərvin Həsənzadə və Pərviz Musayev final gecəsinə hazırlaşmaq üçün Türkiyəyə yola düşüb.

Yarışmaçılar Türkiyə və bəzi Avropa ölkələrindən seçilən finalçılarla birlikdə onlar üçün yaradılan düşərgədə qalır. Hazırda “WOW Istanbul Hotels & Convention Center”də onlara Türkiyənin məhşur aktyor və aktrisaları tərəfindən aktyorluq dərsləri keçilir. Eyni zamanda aprelin 4-ü keçiriləcək qala gecəsində nümayiş etdiriləcək səhnələr üçün təlimlərə də başlanılıb. Sonda 28 finalçının içərisindən bir qız və bir oğlan sinemanın kral və kraliçası seçiləcək.

Artıq qaliblərin seçilməsi üçün səsvermə başlayıb. Hər kəs http://sinemaninkralvekralicesi.com/, yaxud “Sinemagüzeli”nin “İnstagram”, “Facebook” səhifələrində səs verə bilər. Qaliblər 500 qonağın qarşısında seçiləcək. Qonaqlar arasında Türkiyənin Yeşilçam dönəminin aktyor və aktrisaları, modellər, agentlik rəhbərləri və iş adamları var. Azərbaycanı isə gecədə “Pullman Baku otel”in satış və marketinq departamentinin direktoru Gülnarə Əkbərova, Milli Geyim Mərkəzinin rəhbəri, tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, rejissor Ramilə İsayeva, “Şəms” tərcümə mərkəzinin rəhbəri Nəsimi Həsənov, Bakıda fəaliyyət göstərən “Chic and Chic” gözəllik salonunun rəhbəri Halit Ayyıldız, Mission PR Group nümayəndəsi təmsil edəcək.

Layihənin Azərbaycan nümayəndəliyinin rəhbəri Vüsalə Səid Eyyubqızının sözlərinə görə, “Sinemagüzeli”nin Bakıda keçirilən seçimlərində 1-ci yeri tutan Səhər Əkbər və Nərmin Seyidova qaydalara əməl etmədiyi üçün müsabiqədən kənarlaşdırılıb. “Miss Fashion”da iştirak etmək üçün seçilən Pərvin Həsənzadə hər iki müsabiqədə Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, ötən əsrin 70-ci illərində Türkiyənin “Artist” və “Səs” jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın bir çox istedadlı gəncləri məşhur aktyor və aktrisalar kimi tarixə düşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR