Yardımlıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT

Yardımlıda qadın qətlə yetirilib - <span style="color: red;">TƏFƏRRÜAT
# 14 aprel 2017 14:25 (UTC +04:00)

Yardımlıda baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatları məlum olub.

Yardımlı rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, qətlə yetirilən Telavar kənd sakini, 23 yaşlı Natəvan Babayeva qətli törədən 37 yaşlı Niyazi Təhməzovla bir müddət əvvəl tanış olub.

3 uşaq atası olan N. Təhməzovla N. Babayeva 10 gün əvvəl kənd ərazisində görüşüblər və bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zəminində N.Təhməzov 23 yaşlı qadını boğaraq öldürüb. Daha sonra isə meyiti samanlıqda gizlədib. Öldürülən qadının N.Təhməzovla münasibətinin olduğu üzə çıxan kimi o, saxlanılıb. N.Təhməzov törətdiyi əməli etiraf edib və meyiti gizlətdiyi yeri göstərib.

Qeyd edək ki, N.Babayeva itkin kimi polis tərəfindən axtarılıb.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

11:56

Yardımlıda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 13-də Yardımlı rayonunun Telavar kəndin ərazisində kənd sakini Natavan Babayevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Niyazi Təhməzov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR