Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürüb

Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürüb
# 30 may 2024 01:13 (UTC +04:00)

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Zabrat yolunda qeydə alınıb. Belə ki, yolu keçən kişini minik avtomobili vurub. Piyada hadisə yerindəcə keçinib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Meyit müayinə üçün Sabunçu Rayon Pataloji Anatomiya Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR