Dünya Bankı Azərbaycanda iqtisadi sabitləşmə ilə bağlı 5 istiqamət üzrə təkliflərini açıqlayıb

Dünya Bankı Azərbaycanda iqtisadi sabitləşmə ilə bağlı 5 istiqamət üzrə təkliflərini açıqlayıb
# 22 noyabr 2016 10:40 (UTC +04:00)

Dünya Bankı Azərbaycanda iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün 5 istiqamət üzrə təkliflərini açıqlayıb.

APA-Economics” xəbər verir ki, bunu bu gün Rumıniyada keçirilən mətbuat konfransında Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə baş iqtisadçısı Hans Timmer deyib.

Onun sözlərinə görə, ilk olaraq pul siyasətində dəyişiklik edilməlidir. "İkinci olaraq, biz bank sektorunun sabitləşdirilməsini təklif edirik. Çünki, neft qiymətlərinin aşağı düşməsi bank sektoruna mənfi təsir edib. Problemli kreditlərin həcmi artıb. Bank sektorunda restrukturizasiyaya ehtiyac var. 3-cü təklif kimi biz dayanıqlılığın təmin edilməsi üçün orta və uzunmüddətli tədbirlərin həyata keçirilməsini təklif edirik. 4-cü və əsas məsələlərdən biri şəffaflığın artırılması, o cümlədən ölkənin gəlirlərinin azalması yükünün əhalinin az gəlirli təbəqəsi arasında bərabər paylanması üçün sosial müdafiə tədbirlərinin gücləndirilməsidir".

Baş iqtisadçı bildirib ki, Azərbaycanda qeyri-neft sektoru üzrə ticarət sahəsində rəqabətqabiliyyətlilik əhəmiyyətli dərəcədə aşağı düşüb: ”Bunun üçün də 5-ci istiqamət kimi rəqabət siyasətinin təmin edilməsini təklif edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR