SOCAR qaz hasilatını 9,5% azaldıb

SOCAR qaz hasilatını 9,5% azaldıb
# 22 dekabr 2016 15:09 (UTC +04:00)

SOCAR 2016-cı ilin yanvar-noyabr aylarında 5 mlrd. 726,2 mln. kubmetr qaz hasil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 9,5% azdır. "APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın açıqladığı məlumatda deyilir.

Cari ilin noyabr ayında SOCAR 516 mln. kubmetr qaz hasil edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan üzrə qaz hasilatı 26 mlrd. 920,6 mln. kubmetr qaz (artım 1,2%), həmçinin noyabrda 2 mlrd. 282,8 mln. kubmetr təşkil edib.

2015-ci ildə SOCAR 6 mlrd. 871,4 mln. kubmetr qaz hasil edib, Azərbaycan üzrə hasilatın həcmi 29 mlrd. 742,7 mln. kubmetr qaz təşkil edib.

Azərbaycan hökuməti 2016-cı ildə neft hasilatının həcmini 29 mlrd. 345 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR