İranda Beynəlxalq Fələstin İntifadasına Dəstək Konfransı keçirilir

İranda Beynəlxalq Fələstin İntifadasına Dəstək Konfransı keçirilir
# 21 fevral 2017 11:35 (UTC +04:00)

Tehranda “Hamı Birlikdə Fələstinə Dəstək!” şüarı ilə 6-cı Beynəlxalq Fələstin İntifadasına Dəstək Konfransı keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, konfransın açılışında İranın ali lideri ayətullah Xamenei, İran prezidenti Həsən Ruhani, parlamentin sədri Əli Laricani, məhkəmə hakimiyyətinin sədri ayətullah Sadiq Amuli Laricani, nazirlər, müxtəlif təşkilatların rəhbərləri və yüksək rütbəli hərbçilər iştirak edib.

Konfransa 80 xarici ölkədən 700 qonaq qatılıb.


Ayətullah Xamenei çıxışında bildirib ki, Fələstin müqavimət hərəkatı keçmişdən dərs almalıdır. Onun sözlərinə görə, müqavimət və Fələstin məsələsi ərəb ölkələri arasındakı ixtilaflardan, ölkələrin daxili problemlərindən və ya dini-irqi qarşıdurmalardan daha üstündür: “Bizim müqavimətlə bağlı mövqeyimiz prinsipialdır və heç bir qrupa aid deyil. Hər bir qrup bu yolda möhkəm olarsa, onunla bir olacağıq, yolunu azan qruplardan isə uzaqlaşacağıq. Bizim islami müqavimət qrupları ilə əlaqəmiz yalnız onların müqavimət prinsiplərinə bağlılığı ilə ölçülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR