“Expressbank” aktivlərini azaldıb

“Expressbank” aktivlərini azaldıb
# 18 aprel 2017 13:41 (UTC +04:00)

“Exspressbank”ın aktivlərinin həcmi 2017-ci il aprelin 1-nə 290,626 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,45% azdır.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 31,% azalaraq 171,949 mln. manat olub.

“Exspressbank”ın depozit portfeli hesabat dövrünün sonuna 35,3% artaraq 97,863 mln. manata çatıb. Cəmi öhdəliklərin həcmi isə 5,4% azalaraq 145,620 mln. manata bərabər olub.

Bir il ərzində bankın nizamnamə kapitalı dəyişməyərək 137,257 mln. manat təşkil edib.

Qeyd edək ki, bank bu ilin I rübünü 2 mln. 636 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR