Bakıda ana və körpəsinin ölümünə səbəb olan sürücünün şikayəti üzrə məhkəmə başlayıb

Bakıda ana və körpəsinin ölümünə səbəb olan sürücünün şikayəti üzrə məhkəmə başlayıb
# 06 sentyabr 2017 17:32 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Sənan Həsənov barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirlib.

APA-nın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin noyabrında Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində S. Həsənovun idarə etdiyi “Opel” markalı minik avtomobili dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər – Mükafat Ağayev, Günel Rzazadə və onun oğlu, 7 aylıq Ümid Rzazadə ölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR