Ucarda avtomobil 77 yaşlı piyadanı vuraraq öldürüb

Ucarda avtomobil 77 yaşlı piyadanı vuraraq öldürüb
# 07 sentyabr 2015 09:45 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən xəbərə görə, hadisə Ucar - Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayev Vasif Akif oğlu idarə etdiyi “VAZ - 21 06” markalı minik maşını ilə yolu keçən piyada, rayonun Qazyan kənd sakini 1938-ci il təvəllüdlü Əliyev Ağasəf Ağahüseyin oğlunu vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, mərhum ruhi xəstə olub. Hadisənin dəqiq baş vermə səbəbi Rayon Polis Şöbəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR