Neft həftə ərzində 2% bahalaşıb

Neft həftə ərzində 2% bahalaşıb
# 27 yanvar 2017 13:51 (UTC +04:00)

Dünya birjalarında neftin ucuzlaşır.


"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,37 dollar və ya 0,69% azalaraq 53,41 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,56 dollar və ya 1% azalaraq 55,68 dollar olub.

Həftə ərzində Brent markalı neft 0,2%, WTI isə 1,8% bahalaşıb.

Beləliklə, artıq ikinci həftədir neftin qiyməti müsbət dinamika nümayiş etdirir. Ekspertlər bunu OPEC üzvləri və kartelə daxil olmayan ölkələr tərəfindən neft hasilatının azaldılması ilə izah edir. "Sutkalıq hasilatı 1,8 mln. barel azaltmaq barədə üzərinə öhdəlik götürənlər öhdəliyinə yerinə yetirir. Vəziyyət bu cür davam edərsə, cari ilin ortalarında bazar balansı tapacaq. Bazar neqativ xəbərlərə dözümlülük nümayiş etdirir. Hətta bazar ABŞ-da neft hasilatının və kommersiya ehtiyatlarının artması barədə daxil olan xəbərlərə normal reaksiya göstərir", - deyə "Commerzbank"ın şərhində qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR