Azərbaycan prezident Burkina Fasonun yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezident Burkina Fasonun yeni səfirinin etimadnaməsini qəbul edib  - <span style="color: red;">YENİLƏNİB
# 31 iyul 2017 09:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Burkina Faso dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amadou Dikonun etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

Amadou Diko Burkina Faso dövlətinin Azərbaycanda səfiri kimi fəaliyyətə başlamasından sevinc hissi keçirdiyini bildirib: “Sizin kimi şəxsiyyətin yanında ölkəmi təmsil etmək üçün gözəl Azərbaycana səfər etməkdən şərəf duyuram”.

Prezident İlham Əliyev Azərbaycanla Burkina Faso arasında siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu və eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edərək, bu baxımdan ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanımasının vacib olduğunu deyib.

Dövlət başçısı səfir Amadou Dikonun bu istiqamətdə səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

*** 10.27

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev daha bir səfirin etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, dövlət başçısı Burkina Fasonun Azərbaycana yeni təyin olunmuş səfiri Amadou Dikonun etimadnaməsini qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR