Almaniya – Azərbaycan matçının vaxtı dəqiqləşib

Almaniya – Azərbaycan matçının vaxtı dəqiqləşib
# 07 sentyabr 2017 13:38 (UTC +04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2019-un seçmə mərhələsindəki 3-cü oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Almaniya ilə oktyabrın 6-da keçiriləcək matçın başlama saatı açıqlanıb.

Kotbus şəhərindəki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma “Freundşaft” stadionunda baş tutacaq.

Qeyd edək ki, seçmə mərhələnin 5-ci qrupunda çıxış edən millimiz ilk iki oyununda İsrail və İrlandiyaya eyni – 1:3 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR