Elxan Poluxov və Lətif Qəndilov geri çağırılıb

Elxan Poluxov və Lətif Qəndilov geri çağırılıb
# 27 oktyabr 2016 16:31 (UTC +04:00)

Elxan Poluxov Azərbaycanın Cənubi Afrika Respublikasında və eyni zamanda Anqola Respublikasında, Zimbabve Respublikasında, Mozambik Respublikasında, Svazilend Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Lətif Qəndilov Azərbaycanın Çin Xalq Respublikasında və eyni zamanda Monqolustanda, Koreya Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR