® “Bakcell” abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı verir

<font color=red>® </font> “Bakcell” abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı verir
# 30 noyabr 2016 12:58 (UTC +04:00)

“Bakcell” şirkəti əvvəlcədən ödənilmiş (“prepaid”) tariflərindən istifadə edən bütün mövcud və yeni abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı təklif edir.

“Bakcell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bundan sonra “Facebook” tətbiqinə pulsuz giriş imkanını qazanan “Bakcell” abunəçiləri heç bir əlavə xərc çəkmədən “Facebook“da dostlarının şərhlərini oxuya, öz şərhlərini verə, onları bəyənə və paylaşa, şəkillər yükləyə, videolara baxıb paylaşa, habelə “FB Messenger” tətbiqi vasitəsilə mesajlaşa, fayl və fotoşəkilləri paylaşa biləcəklər.

Bu kampaniyaya qoşulmaq üçün “Bakcell” abunəçiləri sadəcə *515#1#YES abunə kodunu yığaraq pulsuz “Facebook”dan 6 ay faydalana bilərlər. Kampaniyaya qoşulma da həmçinin pulsuzdur.

Kampaniyaya qoşulan abunəçilər dərhal “Facebook” tətbiqindən 7 günlük pulsuz istifadə etmək imkanına malik olurlar. 7 günlük sınaq istifadə müddətindən sonra abunəçi “Facebook” tətbiqindən pulsuz istifadəni davam etdirmək üçün sadəcə öz nömrəsinin balansına vəsait yükləməlidir.

Abunəçi öz nömrəsinin balansına hər həftə birdəfəlik ən azı 3 manat vəsait yüklədikdə 7 gün, hər ay birdəfəlik 8 manat və ya daha artıq vəsait yüklədikdə isə 30 gün müddətində “Facebook”dan pulsuz istifadə imkanı qazanır.

Bu ilin ortalarında bölgələrdə yaşayan “DogmaCİN” tarifinin abunəçilərinə təqdim edilmiş “Facebook”a pulsuz giriş təklifinin şərtləri isə dəyişməz olaraq qalır. “Facebook“a 1 həftəlik pulsuz giriş imkanı qazanmaq üçün nömrənin balansına 2 manat, 1 aylıq pulsuz istifadə üçün isə ən azı 5 manat vəsait yüklənməlidir.

“Facebook” mobil tətbiqi üzərindən bütün digər səhifələrə keçidlərə, eləcə də “Facebook Messenger” vasitəsilə edilən səsli və video zənglərə görə haqq müştərinin cari tarifinə uyğun olaraq tutulacaq və ya müştərinin mövcud internet paketindən çıxılacaq. Bu təklif yalnız prepaid tariflərindən istifadə edən “Bakcell” abunəçiləri üçün etibarlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR