Dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək

Dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək
# 30 dekabr 2016 07:34 (UTC +04:00)

Sabahdan yeni doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək.

APA-nın məlumatına görə, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqları yemək xərci üçün aylıq müavinətin verilmədiyi şəxslərin siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR