KXDR və Cənubi Koreya gərginliyin azaldılmasına dair razılığa gəliblər

KXDR və Cənubi Koreya gərginliyin azaldılmasına dair razılığa gəliblər
# 24 avqust 2015 21:37 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbər görə, bu barədə “Renhap” agentliyi məlumat yayıb.

Məlumata görə, razılaşmaya əsasən, Cənubi Koreya demilitarizasiya zonası boyu səsgücləndiricilər vasitəsilə təbliğat materiallarının yayımını avqustun 26-dan dayandırılmasına razılıq verib, KXDR isə Cənubi Koreyanın iki hərbçisinin minaya düşərək ölməsinə təəssüf etdiyini bildirib.

KXDR və Cənubi Koreya həmçinin qohumluq əlaqələri olan vətəndaşların mübadiləsinə dair razılığa gəliblər.

Altı bənddən ibarət bəyanat böhranın nizamlanmasına dair bir sıra tədbirlərin görünməsini nəzərdə tutur.

Tərəflər həmçinin tezliklə Seulda və ya Pxenyanda hökumətlərarası danışıqların aparılmasına dair razılığa gəliblər.

Məlumata görə, danışıqlarda KXDR və Cənubi Koreya liderləri arasında ən yüksək səviyyədə görüşün təşkil edilməsi məsələsi müzakirə edilməyib.

Qeyd edək ki, tərəflər arasında danışıqlar demilitarizasiya zonasında cümə günü başlayıb və, demək olar ki, fasiləsiz qapalı şəraitdə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR