Səfir: “Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü mart ayındakı səfərlər zamanı müzakirə oluna bilər”

Səfir: “Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü mart ayındakı səfərlər zamanı müzakirə oluna bilər”
# 07 fevral 2017 09:47 (UTC +04:00)

“Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi prezident Həsən Ruhaninin Rusiya səfəri zamanı müzakirə oluna bilər”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

“Bu barədə hələ ki rəsmi məlumat yoxdur. Lakin biz istisna etmirik ki, bu məsələ həm Azərbaycan prezidenti İlham Əliyevin martın əvvəlində İrana səfəri zamanı, həm də İran prezidenti Həsən Ruhaninin martın sonunda Moskvaya səfəri zamanı müzakirə oluna bilər”, - deyə rusiyalı diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR