SKMF-nin vəsaitlərinin 2,8%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib

SKMF-nin vəsaitlərinin 2,8%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına yönəldilib
# 01 noyabr 2017 06:47 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 1270 layihənin icrası üçün 96 mln. 496,4 min manat məbləğində güzəştli kredit verilib.

SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə 1228 layihənin reallaşması üçün ayrılan 13 mln. 394,9 min manat kiçik həcmli kreditləri, 17 layihənin icrasına verilən 4 mln. 594 min manat orta həcmli kreditləri, 25 layihənin həyata keçirilməsinə ayrılan 78 mln. 507,5 min manat isə böyük həcmli kreditləri əhatə edib.

Cari ilin III rübündə sahibkarlara ayrılan 30 mln. 846,5 min manat müxtəlif sənaye məhsullarının istehsalı və emalına (36 layihə), 2 mln. 519,5 min manat kənd təsərrüfatı məhsullarının emalına (5 layihə), 58 mln. 640,4 min manat kənd təsərrüfatı məhsullarının istehsalına (1221 layihə), 3 mln. 345 min manat turizmin inkişafına (5 layihə), 1 mln. 145 min manat isə xidmət (infrastruktur) sahələrinin inkişafına (3 layihə) yönəldilib.

Başqa sözlə, bu ilin 9 ayında sahibkarlara verilən kreditlərin 2,8%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalına, 0,4%-i kənd təsərrüfatı məhsullarının emalına, 96,2%-i kənd təsərrüfatı məhsullarının istehsalına, 0,4%-i turizmin inkişafına, 0,2%-i xidmət (infrastruktur) sahələrinin inkişafına yönəldilib.

Ümumiyyətlə, SKMF tərəfindən cari ilin yanvar-sentyabr aylarında layihələrin icrasına ayrılan güzəştli kreditlər hesabına 3 881 yeni iş yerinin yaradılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR