Dünya Bankına yeni baş icraçı direktor təyin olunub

Dünya Bankına yeni baş icraçı direktor təyin olunub
# 29 oktyabr 2016 10:16 (UTC +04:00)

Avropa İttifaqı Komissiyasının Büdcə və İnsan Resursları üzrə direktor müavini Kristalina Georgiyeva bundan sonra Dünya Bankının (DB) baş icraçı direktoru vəzifəsini icra edəcək. “APA-Economcis” xəbər verir ki, K. Georgiyeva buna görə Aİ-dəki vəzifəsindən istefa verdiyini bəyan edib.

K. Georgiyeva Aİ-dəki vəzifəsindən öncə DB-nin direktor müavini vəzifəsini icra edib. O, DB-dəki yeni vəzifəsinin icrasına isə gələn il yanvarın 2-dən başlayacaq.

K. Georgiyevanın Avropa İttifaqı Komissiyasındakı vəzifəsini isə qurumun direktoru Cunker (Juncker) həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR