Dünyanın logistika nəhəngi Azərbaycan bazarına daxil olub

Dünyanın logistika nəhəngi Azərbaycan bazarına daxil olub
# 28 avqust 2015 12:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Almaniyaya məxsus “Rhenus Revival GMBH” şirkəti Azərbaycanda nümayəndəlik açıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, şirkət avqustun 3-də dövlət qeydiyyatına alınıb.

Digər kommersiya təşkilatı kimi qeydiyyatdan keçən şirkətin hüquqi ünvanı kimi AZ1065, Bakı şəhəri, Yasamal Rayonu, Mehman Bünyadzadə küçəsi, ev 251, mənzil 42 qeyd olunub.

Nümayəndəliyin qanuni təmsilçisi Zuban Yekaterina İqoryevnadır.

Qeyd edək ki, 1912-ci ildə yaradılan, Almaniyaya məxsus “Rhenus” şirkətlər qrupunun illik dövriyyəsi 4,2 mlrd. avro təşkil edir. 25000 əməkdaşı olan şirkətlər qrupunun dünya üzrə 460 nümayəndəliyi fəaliyyət göstərir. Şirkət əsasən logistika sahəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR