"Bank VTB (Azərbaycan)" sentyabrdan ipoteka kreditləri verəcək

"Bank  VTB (Azərbaycan)" sentyabrdan ipoteka kreditləri verəcək
# 11 avqust 2015 14:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Sentyabr ayının 1-dən "Bank VTB (Azərbaycan)" ipoteka kreditləri verəcək.

APA-Economics” xəbər verir ki, bunu "Bank VTB (Azərbaycan)"nin pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.

“İpoteka kreditləri tərəfdaş təşkilatlarla verilsə 12, açıq bazarla verilsə 14%-lə veriləcək”, - deyə T.Vəliyev bildirib.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)”ın Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatı olmasına razılıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR