Cənubi Koreyada turist avtobusu yanıb, azı 9 nəfər ölüb

Cənubi Koreyada turist avtobusu yanıb, azı 9 nəfər ölüb
# 13 oktyabr 2016 18:05 (UTC +04:00)

Bakı-APA. Cənubi Koreyanın Ulsan şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayaraq yanıb, azı 9 nəfər öleb, 7 nəfər xəsarət alıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, şinin partlaması nəticəsində maneəyə çırpılan avtobusda yanğın baş verib. Avtobusda ümumilikdə 20 nəfərin olduğu bildirilir.

Yaralılar xəstəxanalara çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR