Mənbə:Lavrov Lozannada Kerri və Çavuşoğlu ilə görüşəcək

Mənbə:Lavrov Lozannada Kerri və Çavuşoğlu ilə görüşəcək
# 15 oktyabr 2016 00:12 (UTC +04:00)

Bakı-APA. Rusiya xarici işlər naziri Sergey Lavrov İsveçrənin Lozanna şəhərində Suriya üzrə görüş çərçivəsində ABŞ dövlət katibi Con Kerri və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüşlər keçirə bilər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-dəki mənbə bildirib.

“Bu kimi görüşlərin baş tutması nəzərdə tutulub”, deyə mənbə bildirib.

Bu gün İsveçrənin Lozanna şəhərində ABŞ, Rusiya və bir sıra ölkələrin iştirakı ilə Suriyaya dair görüş keçiriləcək. Çoxtərəfli danışıqların əsas mövzusu kimi Suriyada atəşkəs rejiminə nail olunması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR