Qubada iki həftə əvvəl çaya düşən sürücünün meyiti tapılıb

Qubada iki həftə əvvəl çaya düşən sürücünün meyiti tapılıb
# 21 fevral 2019 13:24 (UTC +04:00)

Qubada iki həftə əvvəl çaya düşən ekskavator sürücüsünün meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, fevralın 7-də Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında qazıntı işləri aparılan zamanı ekskavatorun aşması nəticəsində çaya yıxılan sürücü itkin düşüb.

Araşdırmalarla həmin şəxsin Şabran rayon sakini, 41 yaşlı Vüqar Qasımov olduğu müəyyən edilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, polis və digər aidiyyatı qurumların əməkdaşları səfərbər olunaraq, həmin şəxsin tapılması istiqamətində intensiv axtarışlara başlayıb.

Çay kənarı olduğu və torpaq qatının sürüşmə ehtimalı yüksək olduğu üçün baş verə biləcək başqa bir bədbəxt hadisənin qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində qabaqlayıcı tədbirlər görülüb, ərazinin mühafizəsi təşkil edilib.

Birgə həyata keçirilən axtarış tədbirləri nəticəsində V.Qasımovun meyiti fevralın 21-də çaydan tapılaraq çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR