Nizami və Səbail rayonlarında evdə yanğın olub

Nizami və Səbail rayonlarında evdə yanğın olub
# 08 dekabr 2014 06:43 (UTC +04:00)

Bakı – APA. Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 87 kv.m olan 2 otaqlı mənzildə 20 kv.m sahədə əşyalar yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, mənzil yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Səbail rayonunda isə ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 2 otağlı mənzilin 1 otağında tüstü bacasının ətrafı 2 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR